Filippin hökuməti BMT TŞ-nın qətnaməsinə uyğun olaraq Şimali Koreya bayrağı altında üzən gəmini müsadirə edib.
APA-nın “Deutsch Welle”-yə istinadən verdiyi məlumata görə, gəmi paytaxt Manila yaxınlığında saxlanılıb.
Gəminin komandası ölkədən deportasiya ediləcək. İnsidentlə əlaqədar BMT-nin müvafiq komissiyasının Filippinə səfəri gözlənilir.
Gəminin müsadirəsi ilə bağlı Şimali Koreya rəsmiləri tərəfindən hələ ki, heç bir şərh verilməyib.
Beləliklə Filippin rəsmi Pxenyana qarşı BMT-nin yeni sanksiyasını tətbiq edən ilk ölkə olub.
Xatırladaq ki, martın 2-də BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib. Şimali Koreyanın nüvə və raket proqramına qarşı yönələn sanksiyalar rəsmi Pxenyana və onunla tərəfdaşlıq edən bütün tərəflərə şamil edilir.