Filippinin Mindanao adası yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.
APA-nın Assosiated Press agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Siokon yaşayış məntəqəsindən 28 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində bir neçə yaşayış evinin divarı uçub. İlkin məlumatlara, əsasən, 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə hələ ki, məlumat yoxdur.