Fələstin təhlükəsizlik xidməti 25 «HƏMAS»çı tutub
09 fevral 2013 06:03 (UTC +04:00)

Fələstin təhlükəsizlik xidməti 25 «HƏMAS»çı tutub

Fələstin muxtariyyatının təhlükəsizlik xidməti İordan çayının Qərb Sahilində «HƏMAS» təşkilatının 25 fəalını həbs edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, tutulanların çox Ramalla rayonunun sakinləridir.

 

«Kol İsrail» radiostansiyası bildirib ki, saxlanılanların üzərindən partlayıcı aşkarlanıb.

 

Xatırladaq ki, həftənin əvvəlində «HƏMAS»-ın 20-dən çox fəalı, o cümlədən Fələstin parlamentinin bir neçə deputatı İsrail hakimiyyəti tərəfindən həbs edilmişdi. Yəhudi dövlətinin hərbçiləri bu qurumla əməkdaşlıq edən xeyriyyə təşkilatının ofisində də axtarış aparıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

Oxşar yazılar