Avropa Birliyinin ali komissarı Ketrin Eşton İranın nüvə proqramı ilə bağlı danışıqlarda qərb ölkələrini “qətiyyətli və yaradıcı” olmağa çağırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, martın 16-da Almaniya Marşal Fondunda çıxış edərkən bildirib ki, İran rəsmiləri gerçək müzakirələrə başlayıb.
Bununla belə Eşton kommunikasiya və etimad mühiti yaratmaq üçün danışıqlarda iştirak edənlərin daha çox iş görməli olacaqlarını vurğulayıb.
Xatırladaq ki, beynəlxalq ictimaiyyət İranı gizli şəkildə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran isə ünvanına deyilən bu sayaq ittihamları rədd edir , nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu bildirir.