Suriyadakı Bəşar Əsəd rejimi Misir prezidenti Məhəmməd Mursini istefa verməyə çağırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, rejimin informasiya naziri Ömər Zubi Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib ki, Misirdəki böhrandan yeganə çıxış yolu Məhəmməd Mursinin istefasıdır.
O, Misirdəki «Müsəlman qardaşları» hərəkatını «terrorçu təşkilat» və «ABŞ-ın əl-altısı» adlandırıb.
Bəşar Əsəd isə özünün «Facebook» səhifəsində Misirdə baş verənləri «siyasi islamçı qüvvələrin məğlubiyyəti» kimi dəyərləndirib.