Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı terrorçuluqla mübarizədə genişmiqyaslı dəstəyə və humanitar yardıma görə Rusiyaya dərin minnətdarlığını bildirib. APA-nn “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Rusiya aviasiyasının Suriya ərazisində İŞİD-ə qarşı əməliyyatlarına ötən ilin sentyabrın 30-da start verilib.
Qeyd edək ki, Vladimir Putin bundan əvvəl Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.