Əsəd kimyəvi silahları istifadəyə hazırlıq vəziyyətinə gətirib
15 mart 2013 11:06 (UTC +04:00)

Əsəd kimyəvi silahları istifadəyə hazırlıq vəziyyətinə gətirib

İsrail hərbi kəşfiyyatı: Suriyanın 2/3-ə müxaliflər nəzarət edir

 

İsrail ordusu kəşfiyyatının rəhbəri, ordu generalı Aviv Koçavi təhlükəsizliklə bağlı Təl-Əvivdə keçirilən konfransda Suriyada durumla bağlı son məlumatları açıqlayıb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Aviv Koçavi deyib ki, Suriyada hakim rejim hər keçən gün zəifləyir, hazırda ölkə ərazisinin 2/3-ə müxaliflər nəzarət edir.

İsrail hərbi kəşfiyyatının rəhbəri bildirib ki, aparılan müşahidələr Suriyada kimyəvi silahların hazırlıq vəziyyətinə gətirildiyini göstərir. Bununla belə, prezident Bəşər Əsədin hələ bu silahlardan müxaliflərə qarşı istifadə edilməsi barədə əmr verməyib. Aviv Koçavi onu də nəzərə çatdırıb ki, Suriya ordusu müxaliflərlə döyüşdə indiyə qədər döyüşlərdə 13 min əsgər itirib, 40 min əsgər də müxaliflərə qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216
avatar

Oxşar yazılar