Bu gün Suriya prezidenti Bəşər Əsəd hökumətin tərkibində dəyişikliklərlə bağlı fərman verib.
Lent.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, Sosial və Əmək Məsələləri üzrə nazirlik iki ayrı nazirliyə bölünüb, yeddi yeni nazir təyin olunub.
Bəşər Əsəd yeni ev və tikinti, ictimai işlər, kənd təsərrüfatı və aqrar islahatlar, neft və mineral resurslar və maliyyə nazirləri təyin edib. O cümlədən yeni yaradılmış Sosial Məsələlər Nazirliyi və Əmək Nazirliyinə də nazirlər təyin olunub. Hökumətdəki dəyişikliklərin səbəbi açıqlanmır.