Ermənistandan İrana qoyun ixracatı azalıb
12 fevral 2013 07:02 (UTC +04:00)

Ermənistandan İrana qoyun ixracatı azalıb

İran İslam Respublikası ətə olan tələbatını Ermənistandan gətirdiyi qoyunların hesabına da ödəməyə çalışır.

 

Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, 2012-ci ildə İslam Respublikasına bu ölkədən 61 min baş, 2011-ci ildə isə 115 min baş qoyun ixrac edilib.

 

2012-ci ildə bir qoyunun gömrükdəki xərci 140 dollar, ondan bir il əvvəl 105 dollar olub.

 

Mənbənin bildirdiyinə əsasən, Ermənistanın qoyun ixrac etdiyi başlıca ölkə İslam Respublikasıdır.

 

İki ölkə arasında qoyun alveri ilə bağlı bu vəziyyətin  yaranmasını ermənilər İslam Respublikası milli valyutasının qiymətdən düşməsi və o, ölkədəki iqtisadi durumla bağlayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar