Ermənistan Milli Həmrəylik Partiyasının lideri, prezidentliyə namizəd Aram Arutyunyan Mərkəzi Seçki Komissiyasının qarşısında aclıq aksiyasına başlayıb.
APA-nın məlumatına görə, Arutyunyan aclıq aksiyasının bir gün davam edəcəyini, bundan sonra namizədliyini geri götürəcəyini deyib. O atdığı addımı digər namizədlərə nümunə olmaq istəyi ilə əsaslandırıb: “Fevralın 18-dən sonra mən yenə siyasi səhnədə qalacağam, Serj Sərkiysanın əlinə oynayan, adları seçki bülletenlərində olan adamların isə siyasət səhnəsində heç bir fəaliyyətləri olmayacaq. Mən məqsədimə nail olmuşam və fikirlərini ünvanına çatdırmışam”.