Ermənistan Silahlı Qüvvələri sıralarında növbəti insident baş verib. Lent.az-ın Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 10-da saat 18:10 radələrində N saylı hərbi hissənin əsgəri Vaniçka Ovakimyanın meyiti tapılıb.
Onun çənəsinin altında güllə yarası aşkarlanıb. Faktla bağlı “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi qaldırılıb.
Qeyd edək ki, Vaniçka Ovakimyan 2012-ci ilin yazında hərbi xidmətə çağırılıb.