Cəbhə xəttindəki döyüşlərdə həlak olan erməni əsgərlərin sayı 62 nəfərə çatıb.
Virtualaz.org xəbər verir ki, bu məlumatı Ermənistan KİV yayıb.
Bazar ertəsi günorta Ermənistan Müdafiə Nazirliyi 56 erməni əsgərinin öldüyünü açıqlamışdı. Beləliklə, atəşin dayandırılmasından indiyə kimi həlak olmuş erməni əsgərlərinin sayı 32-dən 62-yə yüksəlib. Bununla birlikdə, bu dövr ərzində cəbhədə ciddi qarşıdurma qeydə alınmayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı öncə bildirmişdi ki, Qarabağda baş vermiş döyüşlərdə Ermənistan tərəfindən 200-dən çox əsgər həlak olmuş, 500-dən çox hərbçi yaralanmışdı.