Son günlərdə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında siyasi gərginlik yaşanmaqdadır. Lent.az xəbər verir ki, “New York Times” qəzetində ərəb dövlətinin 11 sentyabr terrorunda iştirakının olması ilə bağlı ABŞ-da hazırlanmış qanun layihəsindən çox narahat olması ilə bağlı məqalə çap olunub.
Ərəblər bu qanunun ABŞ konqresində qəbul ediləcəyi təqdirdə qarşı tərəfi dolları ucuzlaşdırmaqla bağlı hədələyib. Belə ki, qəzetdə yer alan xəbərdə qeyd olunur ki, əgər qanun layihəsinə müsbət cavab gələrsə, Səudiyyə Ərəbistanı 750 milyard dollarlıq nağd valyuta ehtiyatını dövriyəyə buraxa və bu yolla ABŞ valyutasını ucuzlaşdıra bilər.
Bildirilir ki, ABŞ prezidenti Barak Obama konqresə daxil olmuş qanunun keçməməsi üçün çalışır və yaxın günlərdə president Ər Riyada rəsmi səfərə gələcək.
Digər tərəfdən mütəxəssislər hesab edir ki, Səudiyyə Ərəbistanının hədələri əbəsdir və həmin pul kütləsi xərclənərsə, bu neft ölkəsi defolt yaşaya bilər.