Beynəlxalq və İranın hüquq müdafiə təşkilatları İranda 32 yaşlı şair Haşim Şəəbaninejadın edamı barədə hökmün çıxarılmasını kəskin ittiham ediblər.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, «terrorçu separatçı təşkilatlarla əlaqə saxlamaqda və terrorda iştirakda» ittiham olunub.
Haşim Şəəbaninejad İranın Xuzistan əyalətindəki ərəb etnik qrupunun nümayəndəsidir. Şair və müəllimdir. «Əl-Xivər» («Danışıq») adlı Ərəb mədəniyyəti İnstitutunda çalışıb. Məhəmməd Xatəminin prezidentliyi dövrdə yaradılıb. 2005-ci ildə Xuzistan əyalətindəki qarışıqlıqdan sonra qurumun bağlanılması haqda göstərişi verilib.
Şair 2011-ci ildə həbs olunub. İran TV-si onun terrorçularla «etirafını» da yayıb. Hüquq müdafiəçiləri əminliklə bildirib ki, bu «etiraf» təzyiq altında alınıb.
Ölüm hökmü isə bu ilin yanvarında icra edilib.