Almaniyaya səfər öncəsi Türkiyənin baş naziri rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk Hava Limanında mətbuat konfransı keçirib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, tədbirdə ölkədə çıxan «Zaman» qəzeti müxbirinin sualına əsəbləşən baş nazi ABŞ-da yaşayan Fətullah Gülənə ismarıc göndərib:«Dünyanın fərqli bir başında durub,Türkiyə idarə edilməz. Çıxıb gəlsin, nə edirsə, burada etsin.
«Zaman» qəzetinin müxbiri baş nazirdən daha soruşub: «MİT (Milli İstiqbarat Təşkilatı - red.) 8 ay öncə Rza Zərrabla bağlı hökumətə məruzə edib?»
Belə bir hesabatın olmadığın bildirən hökumət başçısı deyib: «MİT xəbərdarlıq etməz, təsbit edər. Başqa biri MİT-in belə bir hesabatlarına müdaxilə edəcək qədər paralel fəaliyyət göstərdiyini iddia edir.(«Zaman»ın müxbiri xəbərin «Tərəf» qəzetində yayıldığını söyləyib - red.). Siz onlarla ortaq işləyirsiniz? Söyləmədiyinizi söyləyirsiniz. Başqalarına da bunu etdirirsiniz. Bu işlərə müdaxilə etmə yolunu tutursunuz. MİT-in məlumatlarını necə əldə edirsiniz? Gizli olduğu halda bu onların əlinə necə keçir? Bu, çox təhlükəli bir işdir. Bu şəxslə bağlı məsələyə gəldikdə isə onun suçu təsdiqlənmədən onu cinayətkar elan edə bilməzsiniz. Adını çəkdiyiniz şəxslə bağlı mənə də heç bir cinayət işi təqdim edilməyib. Hər halda patronların da bunu bilməmiş deyil».