Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Türkiyə xalqını terrora qarşı səfərbərliyə çağırıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, prezident öz çağırışında bunları deyib: "Biz demokratiyanı, insan haqlarını qərb istədiyi üçün yox, xalqımız buna layiq olduğu üçün istəyirik. Türkiyə bir müddətdir ki, tarixinin ən böyük terror əməlləri ilə qarşı-qarşıya qalıb. Bilirik ki, bu terror hadisələri bizi yıxmaq üçün planlaşdırılır. Ancaq bir yandan terror üzüntümüzü yaşayaraq digər yandan da mübarizəmizi davam etdirəcəyik, layihələrimizi gerçəkləşdirməkdən də qətiyyən geri çəkilmirik. PKK və onun yandaşları üstümüzə gəlir. Bizi qorxutmaq istəyirlər. Ancaq bu günə kimi millətlə döyüşüb uğur qazanan terror təşkilatı yoxdur. Bizə qorxmaq yaraşmaz, biz qorxunu qorxudanlardan olacağıq. Türkiyənin mübarizəsi sadəcə terrorla deyil, həm də terroru dəstəkləyənlərlədir. Biz sadəcə Allahın hüzurunda əyilərik".