Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, BƏƏ Ümumqadın İttifaqının (General Women’s Union) sədri, Ailə İnkişafı Fondunun ali prezidenti, Ana və Uşaq məsələləri üzrə Ali Şuranın sədri “Mother of nation” adını daşıyan Şeyxə Fatimə bint Mübarək ƏlKetbinin himayəsi ilə “Beynəlxalq Xeyriyyə Bazarı 2016” adlı aksiya keçirilib.
Lent.az-ın məlumatına görə, Azərbaycan səfirliyinin iştirakı BƏƏ Dövlət İnformasiya Agentliyi (http://www.wam.ae/ar/news/general/1395294613900.html) və geniş oxucu auditoriyasına malik “Al-Khaleej” qəzeti (http://www.alkhaleej.ae/alkhaleej/page/6e6d70c7-fce0-4cb5-b3ba-af746235d22b) tərəfindən işıqlandırılıb. Hər iki linkdə “Beynəlxalq Xeyriyyə Bazarı” ilə bağlı müqəddimədən sonra Azərbaycan səfirliyinin milli guşə ilə təmsil olunduğu və bu guşədə Azərbaycan turizmini əks etdirən suvenirlərlə yanaşı, məşhur Qarabağ xalçaları, kəlağayılar və milli mədəni irsimizə aid digər nümunələrin, o cümlədən milli kulinariyamıza xas yemək və şirniyyatların da ziyarətçilərə təqdim olunduğu qeyd edilib, gələnlərin Azərbaycan rəqsi və muğamından zövq aldıqları yazılıb. Orada BƏƏ Ümumqadın İttifaqından olan nümayəndə heyətinin Azərbaycan guşəsi ilə tanışlığı zamanı Azərbaycan səfiri Daşqın Şikarovun həyat yoldaşının ətraflı şərhini dinlədikləri də öz əksini tapıb.