Ekvadorda 7,8 ballıq zəlzələ olub - <span style="color:red;">YENİLƏNİB
17 aprel 2016 06:29 (UTC +04:00)

Ekvadorda 7,8 ballıq zəlzələ olub - YENİLƏNİB

Ekvador sahillərində baş verən zəlzələnin amplitudası 7,8 təşkil edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətin məlumatında bildirilir.   

 

Məlumata görə, zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 km cənub-şərqdə yerləşib. Təkanlar 19,2 km dərinlikdə qeydə alınıb.

 

Zəlzələ nəticəsində dağıntılar baş verib, paytaxt Kitonun elektrik enerjisi ilə təchizatı qismən dayandırılıb. 

 

**** 05.19

 

Ekvador sahillərində güclü zəlzələ baş verib. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü 7,4 bal təşkil edib. Məlumata görə, 10 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Ekvador sahilinə çox yaxın ərazidə, paytaxt Kitodan 173 km şimal-qərbdə baş verib.

 

Ekvador və Kolumbiyanın sahil rayonlarında sunami təhlükəsi elan edilib.

 

Dağıntılar və insan itkisi barədə hələlik məlumat verilmir.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar