Fevralın 12-də ABŞ prezidenti Barak Obama baş çavuşa ölkəsinin hərbi mükafatını «Fərxi Medal»ı təqdim edəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, 2009-cu ildə Əfqanıstanda taliblərin əsas posta hücumunun qarşısını cəsarətlə aldığı üçün bu mükafat layiq görülüb.
Ağ evdən bildiriblər ki, 12 saat ərzində Klinton Romeş yaralı vəziyyətdə olsa da, öz taqımı ilə birlikdə sayca üstünlük təşkil edən taliblərlə döyüşmüş və yaralıların çıxarılmasına yardım edib. Həmin döyüşdə o, mövqeyi talibandan geri almağa nail olub.
Rameş Əfqanıstan savaşında «Fəxri Medal»a layiq görülən, sağ dördüncü ABŞ hərbçisidir.