Əfqanıstanın şimal-qərbində Təhər əyalətində 400 oğlanın kütləvi sünnət mərasimi keçirilib.
Lent.az-ın məlumatına əsasən, bu, tədbir yerli siyasətçilərdən birinin təşəbbüsüdür. O, bununla sağlıq baxımından «təhlükəsizliyi» təmin etmək istəyib.
Mütəxəssislərin fikrincə, kənd rayonlarında bu əməliyyatı tibbi təhsili olmayanlar həyata keçirir.
Mərasim keçirilən kənd həyat səviyyəsinə görə, əyalətin başqa yerlərindən fərqlənmir.