Dekabrın 17-də İstanbulda başlayan korrupsiya və rüşvətxorluğa qarşı əməliyyatdan sonra Türkiyənin bir sıra bölgələrində polis, hakim, prokuror və təhlükəsizlik orqanlarının əməkdaşları ya işdən azad edilib, ya da iş yerləri dəyişdirilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, yanvarın 25-də Diyarbakır əmniyyət idarəsinin 9 şöbəsinin müdiri və çoxlu sayda şəxsi heyətinin iş yeri dəyişdirilib.
Bundan başqa əyalət polis idarəsindən də çoxlu sayda əməkdaşın iş yerlərinin dəyişdirildiyi haqda xəbər yayılıb.