Dindaşına işgəncə verən lider 15 il oturacaq
09 fevral 2013 07:39 (UTC +04:00)

Dindaşına işgəncə verən lider 15 il oturacaq

ABŞ-ın Ohayo ştatında amişi dini hərəkatının lideri 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onun belə cəzalanmasına səbəb mənsub olduğu icma üzvlərinə qarşı davamlı basqıları göstərilib.

 

Məhkəmə müəyyən edib ki, ötən ilin sentyabrında Semüel Mallet böyü 7 nəfərli ailə üzvü ilə birlikdə düşmən münasibəti göstərdiyi dindaşlarına basqın edib.

 

Onların qurbanı 6 kişi və iki qadın olub. Liderin ailə üzvü qadınların saçını, kişilərin isə saqqalını qırxıb.

 

Bu hərəkat protestantların bir qolu olub, daha mühafizəkar cərəyan sayılır.

Nikaha girəndən sonra bu inancın təmsilçiləri nə saqqalını qırxdırır, nə də saçını.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar