Dərbənddə atışma: 2 polis öldü, 12-si yaralandı
14 may 2016 20:28 (UTC +04:00)

Dərbənddə atışma: 2 polis öldü, 12-si yaralandı

0

Dağıstanın Dərbənd şəhərində silahlılarla atışmada 2 polis əməkdaşı ölüb, 12-si isə yaralanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Dərbənd şəhər xəstəxanasından bildirilib.    

 

“Xəstəxanaya 12 nəfər yerləşdirilib, daha bir nəfər isə xəstəxanaya yerləşdirildikdən sonra keçinib. Mənzillərdən birində mövqe tutmuş silahlı dəstə ilə atışma zamanı həmçinin cinayət axtarış idarəsinin rəisi də həlak olub”, - deyə xəstəxanadan bildirilib.  

 

Qeyd olunan silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.    

 

Bu gün günorta saatlarında başlayan əməliyyatın hələ də davam etdirildiyi bildirilir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar