CHP Qrup sədr müavini Özgür Özel CHP millət vəkilləri ilə Rza Zərrabın məhkəməsinə gedəcək.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, CHP sədri Kemal Kılıçdaroğlunın tapşırığı ilə gələn həftə CHP Həbsxana Komissiyası digər üzvləri, millət vəkilləri Veli Ağbaba və Nurettin Demir ilə birlikdə Mayamidə gözaltına alınmış Rza Zərrabın önümüzdəki həftə baş tutacaq məhkəməsi üçün ABŞ a gedəcəklər.
Özgür Özel açıqlamasında işin icrası Federal Məhkəmədə davam etdiriləndə də izləməyə gedəcəklərini deyib. Məsələyə bir az da ironik yanaşıblar: “ Pul girovu ilə bağlı məsələyə yerli məhkəmədə baxılacaq. Onu da izləyəcəyik. Ehtiyacı varsa, qapının ağzından soyuq gəlirsə, önünə sərməsi üçün Muammer Gülerdən dəsmal gətirə bilərik. Egemen Bağışının ən səmimi dualarını apara bilərik. Zafer Çağlayandan qol saatı əvəzində qol börəyi apara bilərik”.