Bu yaxınlarda Rusiya vətəndaşı olmuş fransız aktyoru Jerar Depardye Mordaviyada daimi qeydiyyata alınıb.
Lent.az-ın Rusiyanın «Birinci TV» kanalına istinadən məlumatına görə, qeydiyyatı rəsmiləşdirmək məqsədi ilə fevralın 23-də o, Saranska yola düşəcək.
Onun mənzili Rusiya Film fonudunun direktoru Nikolay Borodaçevin qohumlarını mülkində yerləşir. «Depardye bu mənzilin yiyəsi deyil, sadəcə olaraq, o, bizim evə qeydiyyata düşəcək. Sakinlərin razılığı da alınıb»- deyə, mənbə bildirib