Bazar günü dəniz quldurları Kod-d-İvuar sahillərində Fransa şirkətinə məxsus neft tankerini ələ keçiriblər.
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, gəmidə 17 heyət üzvü olub.
Tankerin və tankerin məxsus olduğu şirkətin adı açıqlanmır. Beynəlxalq Dəniz Bürosu yanında Antipirat Mərkəzinin rəhbəri Noel Çunq da tankerin dəniz quldurlarının nəzarəti altında olduğunu ehtimal etdiklərini bildirib.