Çox saylı görüşlərin ardınca rəsmi Dəməşq hakimiyyəti ilə müxalifət arasında müzakirələrin aparılacağı gerçəkləşmək üzrədir. Artıq Bəşar Əsəd rejimi öz təmsilçilərini də hazırlayıb.
Suriyanın baş naziri Vael əl-Xəlqi,onun birinci müavini Qədri Cəmil,Milli ğarışıq naziri Əli Heydər, informasiya naziri Umran əz-Zoubai, Qızıl Xaç işləri üzrə dövlət naziri Cozef Sveyd müxalifətlə danışıqlar aparacaq hakimiyyət heyətinə daxildir.
Lent.az-ın «Kommersant»-a istinadən məlumatına görə, prezidenti müavini Faruq Şərəənin Adı bu heyətdə hallanmayıb.
Xatırladaq ki, danışıqlara mövzusu bir neçə aydır ABŞ, Rusiya və qərb arasında davam etməkdədir. Müxalifətlə hakimiyyət təmsilçilərinin görüşünə ikincilər də razılıq verib.