Davudoğlu: "Terrorçuluqla mübarizəni davam etdirəcəyik”
19 mart 2016 22:41 (UTC +04:00)

Davudoğlu: "Terrorçuluqla mübarizəni davam etdirəcəyik”

0

Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki,  İstanbulda törədilən partlayışın qurbanlarının əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır.

 

“Terror aktı nəticəsində ölənlərin əksəriyyəti əcnəbidir. İstintaq davam etdirilir, yaxın zamanda bunun üstü açılacaq. Terrorçu-kamikadzelərin bu cür hücumları Türkiyənin terrorla mübarizədəki mövqeyinin nə qədər düzgün olduğunu göstərir. Terrorçular bu cür hücumlarla  məqsədlərinə çatmayacaqlar, biz terrorçuluğa qarşı qətiyyətli mübarizəmizi davam etdirəcəyik”, -   deyə Əhməd Davudoğlunun yazılı bəyanatında bildirilir.

 

İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar