Davudoğlu: «Ermənilərin deportasiyası qeyri-insani akt olub»
13 dekabr 2013 22:09 (UTC +04:00)

Davudoğlu: «Ermənilərin deportasiyası qeyri-insani akt olub»

1915-ci ildə ermənilərin Osmanlı imperiyasının ərazisindən köçməsinə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrəvana səfəri zamanı dəyərləndirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Hurriyet Daily news» qəzeti bu haqda xəbər yayıb.

 

Mənbənin məlumatına əsasən, türkiyəli nazir deyib: «Osmanlı imperiyası zamanı «Vəhdət və Tərəqqi» hərəkatının rəhbərliyi tərəfindən gerçəkləşdirilən deportasiyanı mən qəti olaraq doğru iş kimi qəbul etmirəm».

 

Təyyarədə jurnalistlər müsahibəsində o, bunu «qeyri-insani akt» adlandırıb.

 

Türkiyəli nazirin sözlərinə görə, tarixi stereotipləri hər iki ölkə xalqının düşüncəsindən dağıtmaq lazımdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1669
avatar

Oxşar yazılar