İŞİD terror qruplaşması Avropada terror aktları törətmək üçün azı 400 silahlı hazırlayıb.
APA-nın xəbərinə görə, bu barədə Associated Press məlumat verib.
Məlumata əsasən, silahlılar İraq və Suriya ərazisindəki düşərgələrdə təlim keçiblər. Onlara xüsusilə partlayıcı maddələrdən istifadə etmək öyrədilib.
Son məlumatlara görə, martın 22-də Belçikanın paytaxtı Brüsseldə terrorçu-kamikadzelərin törətdiyi partlayışlar nəticəsində 31 nəfər ölüb, 300 nəfər yaralanıb.