Rusiya prezidenti Vladimir Putinin Dağıstan Respublikasının yeni rəhbəri təyin etdiyi Ramazan Abdulatipov maraqlı bəyanat verib.
Lent.az-ın “kavkasia.ru” saytına istinadən verdiyi məlumata görə, Ramazan Abdulatipov təhsil naziri postuna namizəd tapmaqda çətinlik çəkdiyini etiraf edib: Təhsil sahəsində situasiyanı həqiqətən dəyişməkdə maraqlı olan nüfuzlu, təmiz, namuslu adam tapa bilmirəm. Mən işsiz gəncləri toplamaq və onlara iş təklif etmək istəyirəm. Əgər ixtisaslı, savadlı adam varsa və o, sübut etsə ki, təklif edilən vəzifəyə uyğundur, mən onu vəzifəyə təyin etməyə hazıram. Bir çoxlarının diplomu olsa da, savadları yoxdur. Gərək, hökumət orqanlarına işləməyə götürülən gəncləri müasir təhsil almaq üçün Moskvaya, ya da xarici ölkələrə göndərək”, - deyə o bildirib.