Dağıstanda öldürülən  silahlılar irimiqyaslı terror aktları planlaşdırıblarmış
15 aprel 2016 01:16 (UTC +04:00)

Dağıstanda öldürülən silahlılar irimiqyaslı terror aktları planlaşdırıblarmış

0

Mahaçqala yaxınlığında, silahlıların ötən gün məhv edildiyi ərazidə silah-sursat anbarı aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə “Gazeta.ru”ya Rusiya Milli Antiterror Komitəsindən (RMAK) bildirilib.   

 

“Hadisə yerindən 6 ədəd qumbaraatan, 2 piyadalar əleyhinə reaktiv odsaçan qurğu, 2 pulemyot, 7 avtomat, ovçu karabin tüfəngləri, snayper tüfəngi, çoxlu sayda əl qumbarası, döyüş sursatı,  gecə vaxtı müşahidə avadanlığı və hərbi ləvazimat”, - deyə məlumatda bildirilib.   

 

RMAK-ın məlumatına görə, öldürülən silahlılar  irimiqyaslı terror aktları planlaşdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar