Dağıstanın Şamil rayonunda müstəntiq yaralanıb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, xəbəri yerli hüquq-mühafizə orqanları yayıb.
«Müstəntiq yaralanıb. Bundan sonra ona atəş açan yaraqlının axtarışına başlanılıb. Bölgədə terrorçuluğa qarşı əməliyyat rejimi tətbiq edilib» -deyə, mənbə bildirib.
Dağıstan Daxili İşlər Nazirliyi mətbuat xidməti faktı təsdiqləsə də, olayla bağlı ətraflı məlumat verməyib.