Dağıstanın Buynaksk rayonunun Gimri aulunda Şeyx Şamilin muzey kompleksi federal qüvvələr tərəfindən atəşə tutulub. APA-nın aul sakinlərinə istinadən verdiyi xəbərə görə, atəşə səbəb ətraf dağlarda gizlənən silahlıların bir hissəsinin muzeydə gizlənməsi barədə məlumat olub.
Atəş nəticəsində muzeydə Şeyx Şamilə məxsus büstə, onun naiblərinə və müridlərinə məxsus portretlərə, tarixi geyimlərə, o cümlədən muzey binasına ziyan dəyib. Daha sonra muzeydə heç bir yaraqlının olmadığı aşkarlanıb. Bununla bağlı yerli aul sakinləri hökumətə qarşı etiraz aksiyası keçiriblər. Hazırda hökumət nümayəndələri ilə aul ağsaqqalları arasında insidentlə bağlı danışıqlar gedir. Dağıstan Daxili İşlər Nazirliyi məsələnin araşdırılacağına söz verib.