ABŞ-ın sabiq prezidenti ata Corc Buş Hyuston xəstəxanasından evə buraxılıb.
APA-nın xəbərinə görə, bu barədə ailənin rəsmi nümayəndəsi Cim Makqrat özünün “Twitter” səhifəsində yazıb.
“Həkimlər onun səhhətinin yaxşı olduğunu bildirir”, C.Makqrat qeyd edib.
Aprelin sonunda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya yerləşdirilən C. Buş cümə günü evə buraxılıb.
1989-1993-cü illərdə prezident postunu tutan Corc Buş hazırda həyatda olan ABŞ eks-prezidentlərinin ən yaşlısıdır. Qeyd edək ki, 93 yaşlı C.Buş parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.