Bu gün Si Tszinpin rəsmən Çin prezidenti seçilib.
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Pekində keçirilən Ümumçin Xalq Təmsilçiləri Yığıncağının sessiyasında Si Tszinpinin namizədliyi bəyənilib.
Si Tszinpin həm də Çin Mərkəzi Hərbi Şurasının də sədri seçilib.
Qeyd edək ki, Si Tszinpin 2012-ci ilin noyabrından Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi postunu tutur. Si Tszinpin partiyanın baş katibi və Çin prezidenti postunda Xu Tszintaonu əvəzləyib və qarşıdakı 5 ildə ölkəyə rəhbərlik edəcək.