Çində təyyarə fabrikin üstünə düşdü
11 may 2016 22:18 (UTC +04:00)

Çində təyyarə fabrikin üstünə düşdü

0

Çinin Tayçjou şəhərində Hərbi-Dəniz Qüvvələrinə məxsus qırıcı tikiş fabrikinin üstünə düşüb.

 

APA-nın TASS agentlıyinə istinadən verdiyi məlumata görə, təyyarənin pilotu katapult edib. Onun həyatına təhlükənin olmadığı bildirilir.

 

İnsident zamanı fabrikdə güclü yanğın baş verib.  Müəssisədə iş vaxtı bitdiyindən yanğın zamanı zərərçəkən olmayıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar