Çində müxalifətin məhkəməsi başlayıb
26 yanvar 2014 03:37 (UTC +04:00)

Çində müxalifətin məhkəməsi başlayıb

Çində siyasi fəal Lü Yuandunun məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, «Cənub küçəsi» müxalif hərəkatının yaradıcısıdır.

 

Bu hərəkatın lideri ölkədəki bir partiyalı sistemə qarşı etiraz aksiyasının təşkil etdiyi üçün «ictimai asayişi pozmaqda» ittiham olunur.

 

Söhbət ötən ilin yanvarında keçirilən etiraz mitinqindən gedir. Onda aksiya iştirakçıları senzuraya qarşı «Southern Weekly» («Cənub həftəliyi») adlı qəzet də buraxıblar.

 

Oxşar ittihamla korrupsiyaya qarşı tanınmış mübariz Syu Çjiyun mühakimə olunur. O, Çin siyasi elitasının əmlakı və hesablarındakı maliyyə vəsaitinin açıqlanmasını tələb edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355
avatar

Oxşar yazılar