Çikaqo zorakılığın 42-ci qurbanını dəfn edib
10 fevral 2013 04:14 (UTC +04:00)

Çikaqo zorakılığın 42-ci qurbanını dəfn edib

Çikaqoda qətlə yetirilmiş 15 yaşlı müğənni Hadi Pendlton dəfn olunub. O, yaşıdları ilə parkda gəzərkən, güllələnib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu mərasimdə ABŞ prezidentinin xanımı Mişel Obama da iştirak edib.

Yeniyetmə qızın güllənməsi odlu silahların satışına məhdudiyyətin tətbiqi ilə bağlı ictimai müzakirələrin yenidən başlamasına səbəb olub.

Son aylar Çikaqo sakinləri bu sayaq zorakı olayları yaşayır. 15 yaşlı qızın öldürülməsi il başlayandan 42-ci qətldir.

 

Pendltonun anası silahların satışı üzərində nəzarəti gücləndirməyə çağıraraq, qızının «nahaq yerə» ölmədiyinə ümid edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar