Cənubi Koreyanın Kencu şəhərində binanın dam örtüyünün uçması nəticəsində azı 14 nəfər ölüb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, dağıntı altında daha 50 nəfər qalıb.
Yerli hakimiyyətin qənaətincə, dam örtüyü toplanan qarın ağırlığından uçub.
Həmin vaxt binada tələbələr şənlik keçirirmiş. Həlak olanların hamısı Pusan şəhəri kollecinin tələbələridir.