Rusiya milli antiterror komitəsinin məlumatına görə, hüquq mühafiz orqanlarının əməkdaşları Dattıx qəsəbəsində 15 yaraqlını mühasirəyə alıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onlardan 7-i mühasirəni yarmaq istəyərkən öldürülüb.
Yerli rəsmilər hadisə yerindən xeyli silah və sursat aşkar edildiyini bildirib.