Bu ölkə adını dəyişir
14 aprel 2016 15:03 (UTC +04:00)

Bu ölkə adını dəyişir

Çex Respublikasının adının dəyişdirilməsi istiqamətində iş görülür. Lent.az BBC-yə istinadən xəbər verir ki, qanunda ediləcək dəyişiklikdən sonra bu ölkənin rəsmi adı Çexiya olacaq.

 

Mərkəzi Avropa-da yerləşən dövlətin xarici işlər naziri bildirib ki, qanun layihəsi parlamentdə keçərsə, dərhal BMT-yə müraciət edəcəklər və beynəlxalq aləmdə Çex Respublikası adının Çexiya ilə əvəzlənməsinə nail olacaqlar.

 

 

Qeyd edək ki, Çexiya hökuməti qərarı yekdilliklə dəstəkləyib. Artıq bəzi hökumət üzvləri öz ölkəsini beynəlxalq görüşlərdə Çexiya kimi (Czechia) tələffüz etməyə də başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar