Brüsseldə daha 6 nəfər saxlanıldı
25 mart 2016 04:07 (UTC +04:00)

Brüsseldə daha 6 nəfər saxlanıldı

Brüssel polisi 2 kommuna ərazisində keçirdiyi xüsusi əməliyyat zamanı 6 nəfəri saxlayıb. APA-nın  RTBF-yə istinadən verdiyi xəbərə görə, əməliyyata xüsusi təyinatlılar və helikopter cəlb olunub. Saxlanılan şəxslərin Brüsseldə törədilən silsilə terror aktları ilə əlaqəli olduğu ehtimal edilir.  

 

Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metropolitenində törədilən 3 partlayış nəticəsində 31 nəfər ölüb, 316 nəfər isə yaralanıb. Terror aktlarına görə məsuliyyəti öz üzərinə İŞİD götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar