Brüssel aeroportundakı terrorçulardan biri jurnalist imiş
26 mart 2016 22:50 (UTC +04:00)

Brüssel aeroportundakı terrorçulardan biri jurnalist imiş

 

 

Bakı-APA.  Belçikada saxlanılan Brüssel aeroportundakı terror aktında şübhəli bilinən  Feysal Şeffu müstəqil jurnalist olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Şeffunun  məqalələri “Journal du Musulman” nəşrində dərc olunub.

 

Onun son reportajlarından biri Mərakeş məhbuslarından bəhs edib. Məqalədə məhbuslara müqəddəs Ramazan ayında şəriətdə nəzərdə tutulan qaydalarla qidalanmağa qadağa qoyulmasından bəhs edilir.

 

Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metropolitenində törədilən silsilə partlayışlar nəticəsində 33 nəfər ölüb, 316 nəfər yaralanıb. “İŞİD” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar