Braziliyanın San Paulu şəhərində baş verən daşqın və torpaq sürüşməsi nəticəsində 18 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti torpaq sürüşməsi zamanı ölüb, bir neçə nəfər suda boğulub.
İtkin düşənlərin olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat verilmir.
Bildirilir ki, güclü yağış və sel suları Braziliyanın ən iri meqapolisində ciddi fəsadlar törədib. Təbii fəlakət şəhərin nəqliyyat sistemini iflic edib. Ərazidə xilasedici tədbirlər davam etdirilir.