Braziliyada parlament komissiyası prezidentin impiçmentinə səs verdi
12 aprel 2016 04:22 (UTC +04:00)

Braziliyada parlament komissiyası prezidentin impiçmentinə səs verdi

Braziliya parlamentinin xüsusi komissiyası ölkə prezidenti Dilma Ruseffin impiçmentinə səs verib.

 

APA-nın “Gazeta.ru””-ya ustinadən verdiyi xəbərə görə, prezidentin vəzifədən götürülməsinə parlamentin 65 deputatından 38-i səs verib.

 

Braziliya qanunvericiliyinə əsasən, komissiyanın qərarı parlamentin aşağı palatasının plenar iclasına çıxarılmalıdır. Müvafiq səsvermənin aprelin 17-də baş tutacağı bildirilir. İmpiçmentin baş tutması üçün 513 deputatdan 342-nin səsi gərəkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar