BMT Rusiyanın göstərdiyi qruplaşmaları terrorçu kimi tanımadı
12 may 2016 00:55 (UTC +04:00)

BMT Rusiyanın göstərdiyi qruplaşmaları terrorçu kimi tanımadı

0

BMT Təhlükəsizlik Şurasında Rusiya tərəfi Suriyada fəaliyyət göstərən “Əhrar aş-Şam” və “Ceyş əl İslam” qruplaşmalarının terrorçu kimi tanınmasını təklif edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ, Fransa, Böyük Britaniya və Ukrayna bu təklifin əleyhinə çıxıblar.  

 

Qeyd olunur ki, qruplaşmaların “qara siyahı”ya daxil etmək üçün  BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Komitəsi yekdil fikrə gəlməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 399

Oxşar yazılar