Şimali Koreya rəsmi şəkildə ölkənin aparıcı liderlərindən biri Çan Son Txekin ötən gün edam olunduğunu açıqlayıb.
Çan Son Txekin edamına BMT-ə münasibət bildirib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, qurumun baş katibinin təmsilçisi Martin Nesirki müsahibəsində deyib: «Bu Şimali Koreyanın daxili işidir. Baş katibini bununla bağlı özəl açıqlaması yoxdur».
O, əlavə edib ki, belə cəzalara baş katib Pan Ge Munun münasibəti aydındır: «BMT bütün hallarda, hətta beynəlxalq miqyasda ən qatı cinayətlərə görə də edamın tətbiqinə qarşıdır»
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, 1946-cı ildən anadan olub. 1972-ci ildə Şimali Koreyanın o vaxtkı lideri, dövlətin indiki başçısı Kim Çen Inın atası, Kim Çen İrin kiçik bacısı Kim Gen Hi ilə evlənib.
1970-ci illərdə Şimali Koreyanın hakim Əmək partiyasında işləməyə başlayıb. 1992-ci ildə partiyanın mərkəzi komitəsinə üzv olub. 2004-cü ildə tutduğu vəzifədən uzaqlaşdırılıb. 2006-cı ildə bəraət alıb. Bu ilin noyabrın tutduğu vəzifələrdən azad edilib. 2013-cü ilin dekabrında isə həbs edilərək, edam olunub.
Onun ölümünü belə də dəyərləndirirlər: «Kim Çen In rəqibini sıradan çıxartdı».
Çan Son Txekin edam öncəsi və əvvəlki illərdə çəkilmiş fotolarını təqdim edirik.