Fevralın 5-də BMT-nın yaydığı hesabatda katolik keşişlərin uşaqları zorlaması faktının azalması vurğulanıb.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, Vatikan qurumun bu hesabatını kilsənin iç işlərinə qarışmaq kimi dəyərləndirib.
«Müqəddəs taxt-tac hesabatı nəzərə alsa da, təəssüflə qeyd edib ki, belə məlumatlar katolik kilsəsinin təliminə müdaxilə cəhdidir»-deyə, Vatikanın bəyanatında bildirilib.
Bundan başqa sənəddə uşaqların hüquqlarını müdafiəsi ilə bağlı Vatikanın götürdüyü öhdəlik də vurğulanıb.
Mənbə xatırladıb ki, bir müddət öncə, BMT uşaqları xorlayan və ya bu cinayətdə iştirak edən bütün keşişlərin tutduğu vəzifədən azad edilməsini istəmişdi.
Uşaqların hüquqlarının müdafiəsi üzrə BMT Komitəsi bu sayaq əməlləri törədən cinayətkarlarla bağlı Vatikandan məlumat istəmişdi.