2011-ci il mayın 2-də ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Üsamə bin – Laden öldürülüb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu əməliyyat iştirak edən, «bir nömrəli terrorçunun» öldürən indiyə kimi təqaüd və tibbi yardım ala bilmir.
Jurnalistlər bildirib ki, hazırda bu «dəniz pişiyi» ailəsini dolandırmaqda çətinlik çəkir, eləcə həyat yoldaşı və uşaqlarının sığorta xərclərini ödəyə bilmir.
Jurnalın yazdığına görə, ABŞ hakimiyyəti bin-Ladeni öldürən 25 milyon dollar məbləğində mükafat boyun olmuşdu, ancaq indiyə kimi nə xüsusi təyinatlı dəstə, nə kəşfiyyat mütəxəssisləri, nə də bu əməliyyatın keçirilməsinə yardım edənlər bu pulu almayıb.
Mənbə bildirib ki, bu əməliyyatda 23 xüsusi təyinatlı iştirak edib, bununla belə «dəniz pişikləri» KİV-də heç bir informasiya yaymayıb, özlərini heç nə olmamış kimi aparıblar.
«Bin- Ladeni öldürən xüsusi təyinatlının bədəni çapıq-çapıqdır. Onun gözü zədələnib. O, artirit və tendinitdən əziyyət çəkir. Bu «dəniz pişiyi» həyat yoldaşı ilə boşanma ərəfəsindədir»- deyə, «Esquire» adlı jurnal yazıb.